یاشاسین باغیمسیز آذربایجان

YAŞASİN TAM BAĞIMSIZ AZƏRBAYCAN

یاشاسین باغیمسیز آذربایجان

YAŞASİN TAM BAĞIMSIZ AZƏRBAYCAN

Fələstinə ağlamaqdan kor olub, Qarabağı görməyən Fars şovnizimi

Nə üçün Peresin gəlməməsi üçün səfərbər olub, piket keçirənlər İranın Xocalı soyqırımını törədən Ermənistana hamilik etməsinə səslərini çıxarmırlar
İsrail Prezidenti Şimon Peres Azərbaycana gəldi, görüşlər keçirdi və getdi. Biz nə Şimon Peresin səfərindən öncə bu məsələyə önəm verdik, nədə indi o qədər fövqəladə görüş olduğu qənaətindəyik. Azərbaycana minlərlə qonaq, onlarla prezident gəlib, Peres də onlardan biridir. Ancaq biriləri üçün Peresin Bakı səfəri az qala faciə imiş… Peresin Fələstində ərəb qanı tökməsi “bizimkilər”i o qədər incidib ki, hər tərəfdə dəstək arayışına çıxmışdılar. Onların bu həssasiyyətini başa düşürük. Amma

Amma nədən Peresin gəlməməsi üçün səfərbər olub, piket keçirənləri bir dəfə də olsun İran səfirliyinin önündə “qardaşlarımızın qanın axıtmayın” deyə nümayiş edərkən görmədik? Nə üçün Əhmədnejat adlı birisi Sərkisyan adlı erməni dığası ilə öpüşərkən, bu cənabların səsi çıxmır? Niyə İranın Xocalı soyqırımını törədib, on minlərlə Azərbaycan müsəlmanını qətlə yetirib, milyonlarla insanı didərgin salan Ermənistana hamilik etməsinə səslərini çıxarmırlar

Bax bu suallar sadə olsa da, cavabsız qaldıqda şübhələr artır. Əgər İslam nöqteyi-nəzərindən Peresin Bakı səfərinə qarşısınızsa, niyə min kilometrdəki müsəlman üçün göz yaşı axıdıb, burnunuzun dibindəkini görmək istəmirsiniz? Yoxsa İran rialı buna mane olur? İranda pozulan insan haqqlarını qulaqardı edib, ermənilərin hamisinə çevrilən Əhmədnejatından Xamneyisinə qədər hər bir Azərbaycan düşmənini dədəsindən çox istəyən və onların yolunda hər şeylərini fəda edən, Bakıda “Hizbullah” nəğmələrini oxuyanlar nəyə və kimə güvənirlər? Unutmayın ki, bura İran deyil və bu torpağın suyundan içib, çörəyini yeyib, xəyanət edənlər mütləq cəzalanacaqlar! Axirətdə Allah, dünyada isə Allahın Xəlifəsi onları cəzalandıracaq

Yenə də qeyd edirik ki, Peres adlı birisinin bizim ölkəyə gəlməsini nə dəstəkləyir, nə də qarşı çıxırıq. Və bir müsəlman olaraq, İsrailin Fələstində axıtdığı günahsız insan qanı üçün Peresin sələfindən xələfinə qədər bütün İsrail rəhbərliyini qınayırıq və qəlbən dünyanın harasında olmasından asılı olmayaraq, İslama sadiq qalan müsəlmanların yanındayıq. Ancaq ermənilərə qucaq açan İranın Azərbaycanın dövlət məsələlərinə burnunu soxmağa, qulbeçələri ilə burada qarışıqlıq yaratmağa haqqı yoxdur!

Və erməniyə qucaq açdığı halda öz səfirini geri çağırırsa, cəhənnəmə qədər yolları var…

Ayrıca, bizim İrandakı səfirimizi çıxartmaq istəyirlərsə, ona ehtiyac yoxdur. Biz Abbasəli Həsənovu onlara verə bilərik. Onsuz da cənab səfirin hansı ölkənin səfiri olduğu çox qaranlıqdır


نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد