یاشاسین باغیمسیز آذربایجان

YAŞASİN TAM BAĞIMSIZ AZƏRBAYCAN

یاشاسین باغیمسیز آذربایجان

YAŞASİN TAM BAĞIMSIZ AZƏRBAYCAN

Uyğurlar kimdir və istədikləri nədir

MANCURIYA IMPERIYASINA SAHIB OLMUŞ UYĞURLARIN INDI TƏKCƏ MUXTAR VILAYƏTLƏRI QALIB

Çinin şərqində yaşayan uyğurlar türkdürlər. Onlar xan çinlilərdən daha çox Mərkəzi Asiya xalqları ilə soy birliyinə malikdirlər.

Bu regiona on illərlə davam edən xan çinlilərinin axını ilə uyğurlar öz topraqlarında milli azlığa çevriliblər.

Mənşəcə uyğurlar Altay dağlarında yaşamış qəbilələrdəndirlər. Onların özlərinə məxsus mədəniyyətləri, türk dili əsasında dilləri var. Mütəxəssislər deyirlər ki, uyğurlar genetik olaraq Qafqaz və Şərqi Asiyanın qan qarışığındadırlar. Dinləri isə sünni müsəlmandır.

Bu gün onlar əsasən Çinin Sincan əyalətində cəmləşiblər. Amma onların çox sayda nümayəndəsi Özbəkistan, Qırğızıstan və Qazaxıstanda da yaşayır. Uyğurlara Asiyanın demək olar bütün bölgələrində rast gəlmək olar.

Uyğurların etiraz aksiyası, Urumçi, 5 ilul, 2009



69 IL ƏVVƏL ƏLDƏN VERILMIŞ MÜSTƏQILLIK

1940-cı ildə müsətiqlliyini əldə edəndən sonra Şərqi Türküstan Uyğur Respublikasının rəhbərliyi kommunist Çin dövləti ilə konfederasiyaya girməyə razılaşdı. Amma bundan bir az öncə Çin hökuməti artıq ərazinin Çinin tərkibində Sincan Uyğur Muxtar Vilayəti olması barədə qərar vermişdi.

Qırğızıstandakı “İttipaq” adlı uyğur qeyri-hökumət təşkilatının keçmiş rəhbəri Rozimuxamed Abdulbakiyev bildirir ki, hazırda Sincan Uyğur Muxtar Vilayətinin muxtarlığı təkcə adında qalır:

- Çin Sincana muxtar Uyğur Vilayəti adı versə də müxtarlığın heç bir əlaməti yoxdur. Orada uyğurlara reallıqda heç bir hüquq verilməyib. Mao Tze Dun da (Çinin Konstitusiyası- red.) yazılan heç bir hüquq onlara verilmir. Çinin totalitar rejimi bütün növ azadlıqları – söz azadlığını, mətbuat azadlığını, fərdi azadlıqları, vicdan azadlığını boğur. Ona görə də insanlar buna əlbəttə, etiraz səslərini qaldırırlar.

 

Uyğurların hüquqları uğrunda mübarizə aparan və dəfələrlə təzyiqlərə məruz qalmış Rebiya Kadir, Berlin, 19 iyun, 2007


UYĞURLARI BU QƏDƏR BEZDIRƏN NƏDIR?
İyulun 5-də vilayətin mərkəzi Urumçidə baş verən iğtişaşların səbəbi ölkənin cənubunda iki uyğuru çinlilərin öldürməsi barədə xəbərlə izah edilir. Amma bu, yalnız aysberqin görünən tərəfi ola bilər.

Rəsmilər hadisələrdə 156 adamın öldürüldüyünü bildirirlər. Bu cür ixtişaş əslindı çox dərin bezginliyin işarəsidir.

Uyğurların London Assosiasiyasından Nizam Sametov vəziyyəti bu cür izah edir:

- Onlar niyə bu qədər bezgindirlər? Çünki hökumət hər gün yüzlərlə, minlərlə xanı (çinlini) onların ana torpaqlarına – Şəqri Türküstana, Sincan müxtar regionuna gətirir. Amma bizim caamat işsizdir, əziyyət çəkir.

Nizam Sametovun dediyinə görə Çində aparılan siyasət uyğurlara ölkənin Sincandan kənar ərazilərində iş tapmağa imkan vermir. Bir yandan da son 50 ildə Sincana ölkənin başqa yerlərindən çinlilərin geniş axını baş verib.

Beləliklə də, indi bölgədə uyğurların sayı çinlilərdən cüzi miqdarda çoxdur.
 

Uyğur qadın etiraz aksiyasını dağıdan polisi tutub, 7 iyul 2009



XAN ÇINLILƏR UYĞURSTANA NIYƏ AXIŞIR

Sametov ölkənin başqa ərazilərindən Uyğurstana axının səbəbini bu cür izah edir:

- Çünki bizim torpağımız minerallarla, neftlə, qazla zəngindir. Hər gün Çinin mərkəzi ərazilərindən adamları bizim torpaqlarımıza gətirirlər. Həm də onlar ümid edirlər ki, tezliklə bu yolla əhalinin milli tərkibini öz xeyirlərinə dəyişəcəklər. Ancaq biz buna imkan vermərik. Bu bizim torpağımızdır.

Zaman-zaman Uyğurstanın müsətiqlliyi üçün mübarizə aparan qruplar zorakılıqlar törədiblər. Amma görünür, hələlik bu cür aksiyalara xalqdan dəstək almaq mümkün olmur.


Uyğurların əski soyları Şərqi və Mərkəzi Asiyanın tarixində müstəsna rola malikdir. Onların yaratdıqları Mancuriya imperiyası 8-9-cu əsrlərdə 100 ildən çox müddətdə Mancuriyadan tutmuş Xəzərə qədər ərazilərdə hökmranlıq edib.

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد