یاشاسین باغیمسیز آذربایجان

YAŞASİN TAM BAĞIMSIZ AZƏRBAYCAN

یاشاسین باغیمسیز آذربایجان

YAŞASİN TAM BAĞIMSIZ AZƏRBAYCAN

ُTURKISTANDA ZULM DEVAM EDIR

Urumçu şəhərində minlərlə xan mənşəli çinli qəssab bıçaqları, qalın zopalar və iti dəmirlər götürərək uyğur ovuna çıxıb. Onlar “Uyğurları yox edin!”, “Güc birlikdədir!” şüarları qışqıraraq uyğurlara məxsus dükanlara və evlərə hücum ediblər. Polis gözyaşardıcı qazdan istifadə edərək bir neçə saat sonra kütləni dayandıra bilib. Yaşı 16-dan yuxarı olan uyğur gənclərinin və kişilərinin həbs olunduğu bildirilir. Uyğur qadınlarının etiraz aksiyası keçirməsinə icazə verilmir. “Reuters”ə açıqlama verən Maliyə adlı qadın “həyat yoldaşımı polis gəlib apardı, səbəbini də söyləmədi”, deyib. Əbdül Əli adlı 20 yaşlı gənc də səbəbsiz yerə həbs edildiklərini söyləyib: “Üç qardaşımı və bir bacımı həbs etdilər. İndi müqavimət vaxtıdır”. Muxtar bölgənin Kaşqar şəhərində etiraz aksiyası keçirmək istəyən uyğurların da qarşısı polis tərəfindən alınıb. Bölgədə telefon və internet xətləri kəsilib.
Qeyd edək ki, olaylar çinlilərin Şao Quan şəhərindəki oyuncaq fabrikində çalışan uyğur qızlarına sataşması və yaranan gərginlik zamanı 2 uyğurun öldürülməsindən sonra başlayıb. Cinayətə etirazlarını bildirmək və günahkarların cəzalandırılmasını tələb etmək üçün küçələrə çıxan uyğurlar polis və əsgərlərin sərt müdaxiləsi ilə üzləşib. Rəsmi rəqəmlərə görə 156, qeyri-rəsmi məlumatlara əsasən isə 500-1000 uyğur öldürülüb

 

 
 
 

 

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد