یاشاسین باغیمسیز آذربایجان

YAŞASİN TAM BAĞIMSIZ AZƏRBAYCAN

یاشاسین باغیمسیز آذربایجان

YAŞASİN TAM BAĞIMSIZ AZƏRBAYCAN

Uyğur üsyanı: Çini sarsıdan qadın kimdir

Rabiya KadirÇinin 7-ci varlı adamı, Bill Qeytsin dostu uyğurların anası
Çinin Sincan (Şərqi Türküstan) bölgəsində çinlilərlə uyğurlar arasında qanlı qarşıdurma yaşanır. Çin rəhbərliyinin əmri ilə bölgəyə hərbi qüvvə yeridilməsi nəticəsində rəsmi rəqəmlərə görə 200-dən çox, uyğur öldürülüb

Bu hadisələr bizi hazırda dünyanın hər hansı başqa yerində yaşanan faciələrdən daha artıq ilgiləndirir. Çünki orada yaşayan və qətl edilən uyğurlar soydaşlarımızdır. Türkdürlər, türkcə danışırlar... Türkü dünyaya tanıdan nəhənglərdən olan, məşhur “Divani-lüğəti-t türk”ün müəllifi Mahmud Kaşqarlı oralıdır

Çin hökuməti uyğurların ayağa qalxmasının arxasında Rabiya Kadirin durduğunu iddia edir. Kimdir Rabiya Kadir? Nə qədər gücü var? Nə istəyir

Uyğurların anası

Hazırda ABŞ-da yaşayan Rabiya Kadir Çinin ən varlı qadınlarından biridir. Çindəki mövcud siyasi rejimə qarşıdır. Uyğurlara azadlıq verilməsini istəyir. Beynəlxalq Amnistiya Təşkilatının üzvüdür. Müsəlmandır. Qadın hüquqları müdafiəçisidir. “Uyğurların Anası” kimi tanınır. Dünyaya “Çin vətənimizi işğal edib, bizi zorla Çin dilində danışdırırlar, uyğurları yox edirlər” deyə hayqırır.
Əri keçmiş siyasi məhbusdur

Keçmiş siyasi məhbus olan əri Siddiq Ruzi 1996-cı ildə ABŞ mühacirət etdikdən sonra Çin hökumətinin gözü onun üzərinə daha ciddi çevrildi. O zamanlar Rabiya Kadir millət vəkiliydi, toxunulmazlığı vardı, amma bunların heç biri Çin rejimi üçün o qədər də əhəmiyyət daşımırdı
Ərinə məktub yazdı, həbsə girdi

Çin Hökuməti, səsi getdikcə daha çox çıxmağa başlayan Kadirin millət vəkili mandatını aldı və 1999-cu ildə onu 8 il həbsə məhkum etdi. Günahı nə olsa yaxşıdı? ABŞ-dakı ərinə Çində çıxan əsas qəzet başlıqlarını göndərməsi!!! Onu dövlət sirrini xaricilərə yaymaq, separatçılıq və dövlət əleyhinə fəaliyyətdə günahlandıraraq, 6 il həbsdə saxladılar

Nobel Sülh mükafatına namizəd oldu

Kadir həbsdə olduğu müddətdə insan hüquqlarının müdafiəçisi kimi bir çox mükafatlara layiq görüldü. ABŞ və beynəlxalq təşkilatların təzyiqi ilə 2005-ci ildə azadlığa çıxan Kadir, 2006-cı ildə Nobel Sülh mükafatına namizəd göstərildi.

Bill Qeytsin ən yaxın dostu

Həbsdən çıxdıqdan sonra dünya dövlətlərinin təzyiqi ilə pasport aldı və Çini tərk etdi. O gündən bəri Dünya Uyğur Birliyinin adından konfranslar keçirir. O, Bill Qeytsin yaxın dostu kimi tanınır.

Dünyanın ən varlı adamlarından biri

Məşhur “Forbes” jurnalı tərəfindən 1994-cü ildə Çinin ən zəngin 7-ci adamı olaraq göstərilən Kadir, səsini çıxarana qədər nümunəvi vətəndaş kimi göstərilirdi. Böyük bir supermarket işlədən Kadir, müsəlman qadınların iş tapıb işləməsini təşviq edən bir xeyriyyə təşkilatının qurucusudur.

11 uşaq anası

bütün həyatı boyunca uyğurların dünyadakı səsi olan Kadir düz 11 uşaq anasıdır. Hələ Sincanda yaşadığı vaxtlarda bir Fransa qəzetinə verdiyi müsahibədə “Mən super qadın deyiləm. Sadəcə, bir ailənin anasıyam” demişdi: “Güc hamımızın içində var. Mən sadə xalqıma yardım etmək istəyirəm. Bacardığı qədər, bəzi şeyləri dəyişdirməyə çalışıram

Türkiyə ona viza verməyib
Uyğur türklərinin liderlərindən olan, dünyanın mükafatlara layiq gördüyü Kadirin dərdlərindən biri də Türkiyədən az dəstək görməsidir. Hətta o cəviyyədə ki, “Türkiyədən viza belə ala bilmirəm” deyir.

Zorla Çincə oxudurlar

Rabiya Kadir keçirdiyi konfranslarda Şərqi Türküstanda yaşananları belə nəql edir

“Kaşqarın 5000 illik bir tarixi var. Bu tarix Çinlilər tərəfindən təhrif edilir. Dilimizi, tariximizi, kültürümüzü və yaşayış tərzimizi, ənənələrimizi öldürməyə çalışırlar. Qızlarımızı zorla oxutmaq və işlətmək üçün başqa bölgələrə göndərirlər. Uyğur uşaqları zorla Çin dilində oxudulur. Valideynləri şikayət edəndə də “separatçılıq” ittihamı ilə həbsə atılır

Öz torpaqlarımızda öz dilimizdə danışa bilmirik

“Uyğurları təhsildən məhrum edirlər. İqtisadi inkişafımıza mane olurlar. Gənc uyğurları həbs edir, edam edirlər. Öz torpaqlarımızda öz dilimizdə danışa bilmirik. Terrorla mübarizə adı altında uyğurlara təzyiq edilir, silahlı islamçı olmaqda suçlanırlar

Uyğurlara Çin zülmü

“Biz namus, şərəf üçün yaşayırıq. Çinlilər ən müqəddəs dəyərlərimizə hücum edirlər. İnanc azadlığı yoxdur. Çinlilər namusumuza təcavüz edir, xalqımızı planlı şəkildə, tədricən yox edirlər. Dünya uyğurların fəryadını duymur. Çin zülmü altında səsimizi ucalda bilmirik

Bölgəyə məqsədli şəkildə çinlilər köçürülür

Şərqi Türküstanın 1949-cu ildə Çin tərəfindən işğal edildiyinə diqqət çəkən Rabiya Kadir, o vaxtdan bəri bölgəyə çinlilərin yerləşdirildiyini və uyğur türklərinin öz vətənində əhali olaraq milli azlığa çevrildiklərini bəyan edib: “Torpaq sahibi olan uyğurlar indi öz torpaqlarında qul kimi işlədilməkdə, buna etiraz edənlər isə həbsxanada çürüməkdədir. Uyğurlar hər şeyi gözə alaraq zülmə qarşı müqavimət göstərsələr də, ailələri və uşaqları Çinlilərin əlində girov olduğundan bu müqavimət zəifləməkdədir

Çin bir həbsxanadır

Çinin xarici aləmə qapalı bir həbsxana olduğunu bildirən Kadir, uyğur soydaşlarımıza edilən zülmün xaricdə eşidilmədiyini, eşidiləndə də bunun lazımi şəkildə diqqət görmədiyini söyləyib: “Təəssüf, uyğurların davasında Türkiyə başda olmaqla bir çox dövlətlərdən gözlədiyimiz dəstəyi görə bilmədik. Təəssüf ki, bütün dünya uyğurların faciəsinə və əzilib yox edilməsinə seyrçi qaldı
Türkiyə mediasından çevirdi: Səbinə Əvəzqızı

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد